Azərbaycan Premyer Liqası: 10-cu turun hakim təyinatları açıqlandı

19:05 - 25 Oktyabr 2017

Topaz Premyer Liqasında X turun oyunları üçün hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi oyunu Fariz Yusifova tapşırılıb. Təcrübəli referi “Zirə” – “Qəbələ” matçını idarə edəcək.

 

Topaz Premyer Liqası

X tur

 

27 oktyabr (cümə)

19:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov 
“Azersun Arena”

 

28 oktyabr (şənbə)

15:00. “İnter” – “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov 
“İnter Arena”

 

17:00. “Zirə” – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev 
Zirə İdman Kompleksinin stadionu

 

29 oktyabr (bazar)

18:00. “Neftçi” – “Sumqayıt” 
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Cavanşir Yusifov, Ramil Diniyev
8-ci km qəsəbə stadionu

Xəbər xətti