Millimizin üzvü ehtiyatda qaldı, komandası kubokla vidalaşdı

11:58 - 26 Oktyabr 2017

Milimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya" Ukrayna kubokunda növbəti oyuna çıxıb.

 

Sportal.az xəbər verir ki, komanda 1/8 finalda "Dinamo"nu (Kiyev) qəbul edib. Matçın əsas vaxtı  1:1 hesabı ilə başa çatdığı üçün qalib əlavə vaxtda müəyyənləşib. Burada daha 2 qol vuran "Dinamo" yekunda 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

 

Matça ehtiyat oyunçular skamyasında başlayan Paşayevə şans verilməyib.

Xəbər xətti