Ramos və Ronaldo oynamayacaq

14:30 - 26 Oktyabr 2017

"Real"ın futbolçuları Kriştiano Ronaldo və Serxio Ramos İspaniya kubokunun 1/16 final mərhələsində "Fuenlabrada" ilə oyunda iştirak etməyəcək.
 

Sportal.az xəbər verir ki, baş məşqçi Zinəddin Zidan bu futbolçulara istirahət vermək qərarına gəlib. Sözügedən oyunçular Madrid klubunun bügünkü məşqinə də çıxmayıblar.
 
Qeyd edək ki, aşağı liqa təmsilçisi ilə oyunbu gecə  Bakı vaxtilə 23:30-da baş tutacaq.

Xəbər xətti