Dino Ndlovu milli komandaya çağırıldı

16:52 - 26 Oktyabr 2017

“Qarabağ”ın hücumçusu Dino Ndlovu Cənubi Afrika Respublikasının (CAR) milli komandasına dəvət alıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Stüart Baksterin açıqladığı 26 futbolçudan ibarət heyətdə Ndlovunun da adı var. O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Seneqala qarşı keçiriləcək oyunlarda iştirak edə bilər.

 

Qeyd edək ki, CAR yığması Seneqala qarşı ilk oyunun noyabrın 10-da öz meydanında keçirəcək. Bu qarşılaşma əslində ötən il oynanılıb və CAR yığmasının qələbəsi ilə yekunlaşıb - 2:1. Lakin FİFA baş hakimin şübhəli qərarlar verdiyini əsas gətirərək, matçın yenidən keçirilməsinə qərar verib. Nəticədə görüş təxirə salınıb. Noyabrın 14-də isə Seneqal və CAR Dakarda üz-üzə gələcək. 

 

CAR millisi 4 oyuna 4 xal toplayıb. Dino Ndlovunun komandası qarşıdakı iki oyunda qələbə qazansa, qrup lideri kimi DÇ-2018-ə vəsiqə qazanacaq.

Xəbər xətti