Dəniz Yılmaz oynadı, "Bursaspor" mərhələ adladı

17:12 - 26 Oktyabr 2017

Türkiyə kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" səfərdə aşağı liqa təmsilçisi "Altındağ"la qarşılaşıb.

 

Oyunun əsas və əlavə vaxtı qolsuz heç-heçə elə başa çatıb. Penaltilərdə isə "Bursasspor" rəqibini üstələyərək (4:2) 1/8 finala yüksəlib.

 

Oyuna start heyətində başlayan Dəniz Yılmaz sona qədər meydanda olub. Lakin ona penaltini yerinə yetirmək həvalə olunmayıb.

Xəbər xətti