"Beşiktaş"ın futbolçusuna 6 oyunluq cəza verildi

18:55 - 26 Oktyabr 2017

"Beşiktaş"ın futbolçusu Caner Erkinə sərt cəza verilib.

 

Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi bu barədə qərar qəbul edib. Qərara əsasən, Türkiyə millisinin üzvü 6 oyunluq cəzalandırılıb.

 

Qeyd edək ki, Caner Erkin Super Liqanın 9-cu turunda "Başakşəhər"lə oyunda hakimi təhqiretdiyi üçün cəzaya məruz qalıb.

Xəbər xətti