Azəbaycanlı futbolçu Portuqaliyada qol hesabını açdı

00:26 - 27 Oktyabr 2017

Portuqaliyanın II Liqasının B divizionda mübarizə aparan "Louletano" klubunda çıxış edən azərbaycanlı futbolçu Valeh Seyidov növbəti komandanın heyətində oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, forvard komandasında qol hesabını açıb. Valeh "Moura" ilə keçirilən yoxlama matçında start heyətdə meydanda olub. Komandasının 6:0 hesablı qələbəsinə 21 yaşlılardan ibarət millimizə namizəd olan hücumçu da pay sahibi olub. O, 5-ci qolun müəllifi olub. Matçın ilk hissəsindən sonra baş məşqçi heyəti dəyişsə də, Seyidovu əvəzləməyib. Forvard 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, "Bakı"nın yetirməsi olan Valeh Seyidov bu yay "Louletano" klubuna transfer olmuşdu.

Xəbər xətti