“Atletiko” “Qarabağ”la heç-heçə etməklə işini çox çətinləşdirdi"

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi”nin müdafiəçisi Markos Alonso qitənin ən nüfuzlu klub turnirindəki şansları barədə danışıb.

 

Sportal.az xəbər verir ki, ispaniyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında “Atletiko”nun Bakıda “Qarabağ”la oyununa da toxunub.

 

O, madridlilərin bu nəticəylə işini çətinə saldığını deyib:

 

“Birinci olmaq gözəldi. Son illər uğurlu nəticələr qazanan “Atletiko” ilə səfər oyununda yaxşı təsir bağışladıq. Bu oyunumuz mövsümün qalan hissəsində bizə nümunə olmalıdı. “Atletiko” “Qarabağ”la heç-heçə etməklə işini çox çətinləşdirdi. Bu komandaya qarşı sevgim var. Ancaq hazırda düşündüyüm tək şey, “Roma”nı məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanmaqdı”. 

 

Qeyd edək ki, hazırda “Çelsi” 7 xalla liderdi. “Atletiko” isə 2 xalla 3-cü pillədə qərarlaşıb.

Tarix: 27 Oktyabr [12:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Noyabr 2017
24  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio