Rəhman Hacıyev: "Komanda yaxşı vəziyyətədədir" VİDEO

11:11 - 28 Oktyabr 2017

"Qələbə qazanmaq çox gözəl bir şeydir. Komanda yaxşı vəziyyətədədir. Bu oyun bizim üçün daha önəmlidir. Çünki qalib gəlsək, 4-cü pilləyə yüksələcəyik. Bundan əlavə komandada əhval-ruhiyyə yaxşıdır. Kollektiv daha yaxşıdır. İnşallah qələbə qazanarıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Rəhman Hacıyev Topaz Premyer Liqanın 10-cu  turunda "Sumqayıt"la oyun öncəsi klubun telekanalına deyib.

 

O, ən çox azarkeşlərin üzünü güldürdükləri üçün sevindiklərini bildirib: " Onlar həmişə pis və ya yaxşı günümüzdə yanımızda olublar. Sağ olsunlar. Bu oyunda da onlardan çox şey aslıdır. Onlar bizim üçün 12-ci nəfərdirlər. Bizim üçün azarkeşlərin dəstəyi çox önəmlidir. "Sumqayıt"la görüşdə də onları gözləyirik. İnşallah, azarkeşləri sevindirərik".

 

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" matçı sabah saat 18:00-da keçiriləcək.

 

Xəbər xətti