Bombardir sıradan çıxdı

İngiltərə Premyer Liqasının 10-cu turunda “Mançester Yunayted”lə qarşılaşacaq “Tottenhem” ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir, komandanın aparıcı üzvü Harri Keyn zədə səbəbindən sabah səfərdə keçiriləcək bu vacib görüşü buraxacaq.

 

İngiltərə millisinin üzvü ötən tur dubl etdiyi “Liverpul”la oyunda (4:1) zədə alıb.

 

Qeyd edək ki, 24 yaşlı hücumçu 8 qolla Premyer Liqanın bombardiridi.

Tarix: 28 Oktyabr [13:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2018
23  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio