"Qarabağ" "Çelsi" azarkeşlərinə bilet ayırdı

14:04 - 28 Oktyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la səfər oyunu üçün "Çelsi" fanatlarına bilet ayrılıb.

 

Sportal.az xəbər verir ki, biletlər 2 - 10 noyabrda satışda olacaq. Qiymət isə 4.5 funt sterlinq (10 manat) müəyyənləşdirilib. Biletlərin sayı 3664 ədəddir.

 

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Xəbər xətti