"Atetiko" - "Qarabağ": Hakim təyinatları açıqlandı

15:08 - 29 Oktyabr 2017

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın “Atletiko” ilə matçının hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Qarılaşmanın baş hakimi türk əsilli Dəniz Aytəkin olacaq.

 

Baş hakim: Deniz Aytekin
Köməkçi hakimlər: Quido Kleve, Markus Hesker
Əlavə hakimlər: Daniel Zibet, Benjamin Brand
Dördüncü hakim: Eduard Beytinqer

 

Qeyd edək ki, "Atletiko" - "Qarabağ" oyunu oktyabrın 31-də, Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.

Xəbər xətti