Kamran Ağayev oynadı, komandası qələbə qazandı

00:10 - 30 Oktyabr 2017

Çexiya çempionatında 12-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” doğma meydanda “Vısoçina” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Kamran da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Geridə qalan turlarda 14 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti