"Qarabağ" Madriddədir

00:33 - 30 Oktyabr 2017

Azərbaycan çempionu “Qarabağ” oktyabrın 31-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Madrid “Atletiko”sunun qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, “köhlən atlar” bu gün saat 16.00-da səfər oyunu üçün Madridə yola düşüblər. Artıq komanda üzvləri mənzil başına çatıblar.

 

“Atletiko” - “Qarabağ” matçı oktyabrın 31-də keçiriləcək və saat 23.45-də başlayacaq.

 

Bakıda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb.

Xəbər xətti