Röyal Nəcəfov qol vurdu, komandası qalib gəldi

13:51 - 30 Oktyabr 2017

Türkiyə BAL Liqasında 6-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Röyal Nəcəfovun şərəfini qoruduğu "Malatya Yeşilyurtspor" doğma meydanda "Şehit Kamil Bələdiyəspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Röyal Nəcəfov matça start heyətdə çıxıb. O, komandasının ikinci qolunun müəllifi olub. Bununla da həmyerlimiz Türkiyədə vurduğu qolların sayını 3-ə çatdırıb.

 

Qeyd edək ki, 6 turdan sonra rəqiblərindən 1 oyun az keçirən "Malatya Yeşilyurtspor" 7 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti