Samir Məsimov oynadı, "Fakel" qalib gəldi

14:29 - 30 Oktyabr 2017

Futbol üzrə Rusiya 1-ci divizionunda 20-ci turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi “Fakel” də növbəti matçına çıxıb. Voronej təmsilçisi səfərdə Yaroslavl “Şinnik”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Samir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 41-ci dəqiqədə əvəzlənib.

 

"Fakel" geridə qalan turlarda topladığı 19 xalla 20 klub arasında 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti