Qurban Qurbanovun Madriddə mətbuat konfransının vaxtı açıqlandı

15:48 - 30 Oktyabr 2017

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda qarşılaşacağı Madrid “Ateltiko”su ilə səfər oyununun hazırlığını başa vuracaq. 

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov yerli vaxtla saat 18:30-da (Bakı vaxtıyla 21:30) qarşılaşmanın keçiriləcəyi "Vanda Metropolitano" stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.

 

Təmsilçimiz saat 19:00-da (Bakı vaxtıyla 22:00) oyunöncəsi son məşqini edəcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Xəbər xətti