Valeh Seyidov 90 dəqiqə oynadı, komandası məğlub oldu

18:58 - 30 Oktyabr 2017

Portuqaliya II Liqasının B divizionunda VIII turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Valeh Seyidovun çıxış etdiyi "Louletano" sözügedən tur çərçivəsində doğma azarkeşləri önünə çıxıb. "Ağ-qırmızılar" "Kasa Pia" klubunu qəbul ediblər. Qarşılaşma qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.

 

21 yaşadək futbolçulardan ibarət milli komandamıza namizəd oyunçulardan olan Seyidov bu qarşılaşmada forma geyinib. Gənc hücumçu start heyətində meydana daxil olub və sonadək mübarizə aparıb.

 

Qeyd edək ki, Seyidov bir neçə gün öncə "Moura" klubu ilə yoxlama görüşündə Portuqaliyada qol hesabını açmışdı.

Xəbər xətti