Ansi Aqolli: "Əlimizdən gələni edəcəyik"

00:54 - 31 Oktyabr 2017

"Bizi çətin oyun gözləyir".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Ansi Aqolli deyib. Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Atletiko”nun qonağı olacaq. Matçdan öncə keçirilən mətbuat konfransında Aqolli də iştirak edib.

 

O, yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib:  "Bu komanda ilə Bakıdakı oyunumuz da çətin olmuşdu. Fikrimcə, burdakı qarşılaşma da bu cəhətdən fərqlənməyəcək. Əlimizdən gələni edəcəyik ki, burdan yaxşı nəticə ilə ayrılaq”.

Xəbər xətti