"Beşiktaş"a şad xəbər: "Monako"da iki ciddi itki

14:30 - 31 Oktyabr 2017

"Monako" Çempionlar Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Beşiktaş"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Fransa klubu bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Belə ki, "knyazlıq" təmsilçisinin kapitanı Radamel Falkao və Cibril Sidibe zədə səbəbindən "qara qartallar"a qarşı oynamayacaq.

 

Qeyd edək ki, "Beşiktaş" - "Monako" görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da İstanbulun "Vodafone Prk" stadionunda baş tutacaq.

Xəbər xətti