"Qarabağ" reytinq xalımızı zənginləşdirdi

10:17 - 1 Noyabr 2017

Səfərdə “Atletiko”dan xal alan “Qarabağ” UEFA reytinqimizi bir az da zənginləşdirdi.

 

Sportal.az xəbər verir ki, qeydə alınan heç-heçədən (1:1) sonra ölkəmizin hesabına 0.250 xal əlavə edildi. Bununla da Azərbaycan xallarının sayını 19.125-ə çatdırdı və 55 ölkə arasında 22-ci pillədəki yerini qorudu. Hazırda izləyicilərimizlə xal fərqimiz belədi:

 

21. Rumıniya – 19.850

22. Azərbaycan – 19.125

23. İsveç – 18.725

24. Bolqarıstan – 18.625

25. Belarus – 18.125

26. Şotlandiya 18.125

 

Həmçinin, cari mövsümdə klublarmızın topladığı xalların sayı 4.375-ə çatıb. Bu da rekord göstəricimizin təkrarlanması deməkdi. İndiyə kimi ölkəmiz yalnız bir dəfə - 2015/16 mövsümündə bu qədər xal toplaya bilmişdi. 

 

Qeyd edək ki, avrokuboklarda təsnifat mərhələsində qələbəyə görə 0.250, heç-heçəyə görə isə 0.125 xal verilir. Qrup mərhələsində isə bu say müvafiq olaraq 0.500 və 0.250-ə bərabərdi.

Xəbər xətti