Cavid Hüseynovla Ansi Aqollinin cəzaları açıqlandı

13:06 - 1 Noyabr 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının 10-cu turunun “Qarabağ” - “Səbail” matçının 43-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Ansi Aqolli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Premyer Liqanın 10-cu turunun “Neftçi” - “Sumqayıt” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının 10-cu turunun “Zirə” - “Qəbələ” matçında “Zirə”nin 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Oyunun 43-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

 

Birinci divizionun 5-ci turunun “Ağsu” - “Mil-Muğan” matçında “Ağsu”nun 4 ,“Mil-Muğan”ın isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub.

 

Oyunun 90+4-cü dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Vaqif Mehrəliyev hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb , klub 320 manat cərimə olunub.

 

Birinci divizionun 5-ci turunun MOİK - “Turan Tovuz” matçının 88-ci dəqiqəsində MOİK-in futbolçusu Mirkamil Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

Birinci divizionun 5-ci turunun “Sabah” - “Xəzər” matçında “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Xəbər xətti