Qara Qarayev: "Bu uğurun ardını gətirmək lazımdı" MÜSAHİBƏ

14:41 - 1 Noyabr 2017

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə oyundan (1:1) sonra Sportal.az saytına müsahibə verib.
 
Ağdam klubunun futbolçusu ilk olaraq oyun haqda danışıb:
 

- Oyuna yaxşı hazırlaşmışdıq. Zədəli oyunçularımızın olmasına baxmayaraq, inamımız var idi ki, səfərdə xalla qayıda bilərik. Şükürlər olsun ki, buna nail olduq. Gərgin oyun oldu. Xüsusilə də 10 nəfərlə qaldıqdan sonra matç ağır oldu. Buna baxmayaraq, tarixi nəticə qazandıq. Bu uğurun ardını gətirmək lazımdı. 

 

- "Roma" ilə səfər və "Çelsi" ilə ev oyunları qaldı...

- Düşünürəm ki, son matçımız daha gərgin olacaq. Hər kəsin "Çelsi" ilə oyuna gəlməsi və bizi dəstəkləməsi vacibdir. Evdə oynayacağımız son oyunda möhtəşəm bağlanış etmək istəyirik.

 

- İlk hissədən sonra 1:0 hesabı ilə öndə idiniz. Fasilədə paltardəyişmə otağında baş məşqçiniz Qurban Qurbanov sizinlə nə söhbət etdi?

- Sakit oynamağı tələb etdi.

 

- Qrupdakı şanslarınızı necə dəyərləndirirsən?

- Mübarizəmizi aparacağıq. İki oyunumuz qalıb. 3-cü yerdə "Atletiko" qərarlaşıb. Əlimizdən gələni edəcəyik ki, son iki matçda yaxşı nəticə əldə edib avrokuboklarda mübarizəmizi davam etdirək.

 

- Qırmızı vərəqə oyununa necə təsir göstərdi?

- Qırmızı vərəqə almağımız sayəsində rəqib topla daha çox oynadıq. "Atletiko" bizi çox yordu. 11 nəfər qalsaydıq, daha yaxşı oyun nümayiş etdirə bilərdik. Buna baxmayaraq, uğurlu nəticə qazandıq. "Atletiko"ya qarşı 10 nəfərlə oynaq asan iş deyildi. Şükürlər olsun ki, məğlub olmadıq.

Xəbər xətti