Anxel Korrea: "Şans bizim tərəfimizdə deyildi"

15:03 - 1 Noyabr 2017

"Atletiko" Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda təmsilçimiz "Qarabağ"ı qəbul edib və 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Madrid klubunun yarımmüdafiəçisi Anxel Korrea açıqlama verib:

 

“Bilirdik ki, bizim üçün finala bərabər oyundur. Qələbə qazanmaq istəyirdik. Ancaq məqsədimizə çata bilmədik”.

 

Argentinalı futbolçu şanslarının olduğunu düşünür: “Qarabağ” bura asan məğlub olmaq üçün gəlməmişdi. Xeyli qol imkanları yaratsaq da, şans bizim tərəfimizdə deyildi. Məğlub duruma düşdükdən sonra oyunu dəyişdirmək məcburiyyətində qaldıq. Çox çalışsaq da, alınmadı. Sona qədər mübarizə aparacağıq. Qrupdan çıxmaq şanslarımız var".

Xəbər xətti