Reynaldo millimizin üzvü ilə eyni komandada

18:29 - 1 Noyabr 2017

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silvanın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, son olaraq Türkiyənin "Adanaspor" klubunda çıxış edən braziliyalı futbolçu karyerasını Kiprdə davam etdirəcək. 

 

Ölkəmizdəki çıxışı ilə azarkeşlərin sevimlisinə çevrilən "samabçı" millimizin futbolçusu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" klubu ilə razılıq əldə edib. Hücumçunun Famaqusta təsmilçisi ilə müqaviləsinin şərtləri bəlli olmasa da, yaxın günlərdə rəsmi müqavilə imzlayacağı dəqiqdi. 

 

Qeyd edək ki, Reynaldo 2013-2017-ci illədrdə "Qarabağ"da çıxış edib.

Xəbər xətti