Daniele de Rossi: "Qarabağ" göstərdi ki, asan rəqib deyil"

00:18 - 2 Noyabr 2017

"Romada Çempionlar Liqası ilə əlaqədar möhtəşəm futbol gecələrinə tez-tez rast gəlmək mümkün deyil".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Roma"nın futbolçusu Daniele de Rossi deyib. "Canavarlar" Çempionlar Liqasının qrup mərhələsinin IV turunda öz meydanında "Çelsi"ni 3:0 hesabı ilə məğlub edib. Oyun barədə ölkəsinin mətbuatına açıqlama verən yarımmüdafiəçi fikirlərini bildirib.

 

O, "Çelsi" ilə qarşılaşmada çox vacib qələbə qazandıqlarını vurğulayıb: "Çox vaxt qapımızdan qol buraxırıq. "Çelsi" ilə oyunda rəqibin fərqlənməsinə imkan vermədik. Azarkeşlərimiz qrup lideri olacağımıza inanırdı. Bu pilləni əldən verməməliyik".

 

Rossi qrupdakı son iki oyun haqda danışıb: "Bəli, bizim qarşıda 2 çətin oyunumuz var. Evdə qəbul edəcəyimiz "Qarabağ" göstərdi ki, asan rəqib deyil. Əvvəlki illərdə ciddi rəqiblərlə oyunda müdafiəyəmeyilli oynayırdıq. İndisə daha aqressiv təsir bağışlayırıq. Bu, irəli atılan addımdır".

Xəbər xətti