İbrahim Şehiç: "Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyimizə inana bilmirəm"

10:59 - 2 Noyabr 2017

"Qarabağ"ın bosniya və herseqovinalı qolkiperi İbrahim Şehiç ölkəsinin mətbuatına (Sportarena.hr) açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Şehiç Çempionlar Liqasında oynamalarına inanmadığını dilə gətirib:

 

"Atletiko" ilə oyunlar bir tərəfə qalsın, mən hələ də Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyimizə inana bilmirəm. Yuxudan oyanıb, gözlərimi ovuşdururam. Bilmirəm ki, bu, reallıqdır, yoxsa yox”.

 

29 yaşlı əlcək sahibi "Qarabağ"ın qrupdakı hədəfindən danışıb:

 

"Qrupda güclü komandalarla mübarizə aparırıq. Məşhur futbolçulara qarşı oynayırıq. Antuan Qrizmann və Fernando Torresdə sirr yoxdur. Bütün rəqibləri analiz edirik və xırda detallara fikir veririk. Komandamızda olan bolqar və ispan mütəxəssis baş məşqçimizin əsas köməkçiləridir. Özümüzə inanırıq. Çalışacağıq ki, qrupda 3-cü yeri tutaraq Avropa Liqasına vəsiqə qazanaq".

 

Qeyd edək ki, “Roma” 4 turdan sonra 8 xalla C qrupunun lideridir. “Çelsi” 7 xalla 2-ci, “Atletiko” 3 xalla 3-cü, “Qarabağ” isə 2 xalla sonuncudur.

Xəbər xətti