Yakub Jezniçak: "Bu komandalarla qarşılaşmaq bizim üçün xəyal idi" MÜSAHİBƏ

13:25 - 2 Noyabr 2017

"Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.
 
Sportal.az saytı həmin müsahibəni təqdim edir:
 
- Ardıcıl ikinci dəfə Çempionlar Liqasının qrupunda çıxış edirsən...
- Hər hədəfimizə çatmaq möcüzə idi. Ötən mövsüm “Legiya” ilə də ÇL-də startında “Borussiya”ya 0:6 hesablı məğlub olmuşduq. “Qarabağ”ın heyətində isə “Çelsi”yə qarşı bu yenilgini yaşadım. İndiki rəqiblərimiz daha güclüdür. “Çelsi” və “Roma”nı ötən mövsümün qrupunda “Borussiya” və “Real”la müqayisə etmək olar. Ancaq “Atletiko” “Sportinq”dən daha güclüdür. Bu komandanı Dieqo Simeone kimi mütəxəssis çalışdırır. Bu komandalarla qarşılaşmaq bizim üçün xəyal idi. İndi qazandığımız xalları böyük uğur adlandırıram.
 
- Püşkatmadan sonra düşünmədiniz ki, biz bu qrupda sürprizə imza ata bilərik...
- Rəqiblərə baxanda çətin olacağını düşünürdüm. Sürpriz etməyimiz möcüzə deyil, top yumrudur. Amma etiraf edək ki, rəqiblərimizin gücləri var. Heç bir komandanın zəif olduğunu deyə bilməzdik. “Atletiko” ilə oyunlarda 2 xal götürdük. Səfər oyununda daha yaxşı təsir bağışladıq, topla çox oynadıq. Qrupda üçüncü yeri tuta biləcəyimizi düşünürük. Amma bundna ötrü “Roma” və “Çelsi” ilə oyunlarda yaxşı təsir bağışlamalıyıq.
 
- “Atletiko” ilə ev oyunu çətin keçdi, yoxsa səfər?
- Ev oyunu tarixi bir uğur idi. Doğma meydanda ilk xalımızı əldə etdik. Azərbaycan futbolu üçün böyük nəticədir. Səfər oyununu mən daha fərqli gözləyirdim. Düşünürdüm ki, “Atletiko” Bakıdakı xal itkisinə görə bizdən intiqam alacaq. Ancaq hər şey fərqli oldu. Qırmızı vərəqəyə qədər rəqiblə bərabər səviyyədə mübarizə apardıq. 60-cı dəqiqədə Pedronun qırmızı vərəqə almasından sonra hesabı qorumaq üçün oynadıq. Gücümüz tükənsə də, xal qazanaraq tarixi uğur əldə etdik. “Çelsi” ilə oyunda tənqid atəşinə məruz qalan İbrahim Şehiç də bizi son saniyələrdə xilas etdi. Biz onu yenidən qazandıq. 
 
Картинки по запросу jakub rzeźniczak atletico
 
- “Atletiko” ilə oyundan əvvəl sosial şəbəkədə belə bir paylaşım etdin: “Yenidən Madriddəyəm. Ötən il “Real”a qarşı oynadım. Bu mövsüm isə rəqib “Atletiko”dur”. Ardıcıl 2 mövsüm ÇL-in qrupunda oynamaq necə bir hissdir?
- Həqiqətən də bir yuxu kimdir. “Legiya” və “Qarabağ”ın heyətində ÇL-in qrupunda oynadım. Bu, hər iki klub üçün böyük uğurdur. Göstərdiyimiz mübarizə ilə azarkeşlərin rəğbətini qazanırıq. Biz cəsarətlə mübarizə aparırıq. 
 
- Bu turnirdə meydanda özünüzü necə hiss edirsiniz?
- Dünyanın ən yaxşı futbolçularına qarşı oynamaq şansı qazanırsan. Ronaldo, Ceko, Beyl, Qrizmann kimi ulduzlar Çempionlar Liqasındadır. “Real” və “Atletiko” kimi komandaya qarşı oynamaq üçün üzərimizdə heç bir təzyiqimiz yoxdur. Buna görə də Çempionlar Liqası oyunları çempionat matçlarından daha asandır. Sadəcə, ÇL-də hər oyuna böyük məsuliyyətlə yanaşırıq. Oyunlardan zövq alırıq.
 
- Hansı rəqib oyunçularla forma dəyişmisən?
- Mən belə şey etmirəm. Formaları özüm üçün toplayıram. Daha sonra isə xeyriyyə fondlarına verirəm. Karyeramı bitirdikdən sonra muzey açmaq niyyətim var.
 
- Çempionlar Liqasında nəticə qaznmaq üçün təzyiq hansı komandada çoxdur: “Legiya”da, yoxsa “Qarabağ”da?
- Futbol elə idman növüdür ki, azarkeşlərin sənə həmişə inanır. Biz harada və kimlə oynayacağımıza baxmayaraq, uğurlu nəticəyə inanırıq. Baş məşqçimiz Qurban Qurbanov topu kortəbii şəkildə irəli – hücum xəttinə vurmağı xoşlamır. Bizdən səliqəli oyun tələb edir. Ötürmələrlə topu özümüzdə saxlayırıq və hücum qururuq. “Legiya”da daha böyük təzyiq var idi.
 
Картинки по запросу jakub rzeźniczak atletico
 
- Düşünmürsən ki, “Legiya”nı ən yaxşı dönəmdə tərk etdin?
- Varşavada gözəl illər yaşadım. Bu mövsüm əldə etdiyim uğurları görəndə düşünürəm ki, hər şeyi düzgün etmişəm. Zamanında ayrılmışam. Bir çox insan da mənə bunu deyib. Azərbaycanda “Qarabağ” kimi bir səviyyəli komandaya gəlmişəm. “Legiya” isə tək məndən ibarət deyil.
 
- “Legiya”nın oyunlarını izləyirsən?
- İzləməyə zaman yoxdur. Amma hər şeylə maraqlanıram. Komandanın yenidən uğurlu çıxışına sevinirəm. 
 
- “Qarabağ”la “Legiya” qarşılaşsa, qalib kim olar?
- Məncə, “Qarabağ”.
 
- Azərbaycanda həyat necədir?
- Doqquz əcnəbi ilə birgə Bakıda yaşayırıq. Müasir şəhərdir. Mağazalar, restoranlar, kafelər var. Sözün düzü, gördüklərimdən təəccübləndim. İnsanlar Polşaya nisbətən gözəl, səmimi, mehriban və xeyirxahdırlar. 
 
- Adaptasiya olmusunuz?
- Donald Gerrye ilə eyni gündə müqavilə imzaladıq. Komandaya gələndən 6 gün sonra Çempionlar Liqasında oyun keçirdik. Adaptasiya üçün zaman lazımdır. Dərhal yüksək səviyyədə oyun keçirmək çətindir. Klub bizə kömək edir, həmçinin, tələb də edir.
 
 
- Azərbaycan çempionatında bir oyun az keçirməklə lidersiniz. Növbəti turda “Zirə” ilə matç asan olacaq?
- “Zirə” və “Qəbələ” çempionluq üçün yarışan komandalardır. Baş məşqçimiz müxtəlif variantlardan istifadə edir. Asan oyunlar olmur.
 
- Qurban Qurbanov necə məşqçidir?
- Məşqləri çox ciddi keçir. Demək olar ki, bizimlə deyib-gülmür. Çox ədalətli insandır.
 
- Çempionlar Liqasına vəsiqə qazananda bunu necə qeyd etdiniz?
- Paltardəyişmə otağında rəqs etdik, dedik-güldük. Komandamızda çoxlu müsəlman futbolçular var. Spirtli içkilərdən uzaq dururlar. Hər bir əcnəbi oyunçu onların bu qərarına hörmətlə yanaşır.
 
- Müsahibədə hiss edirəm ki, Azərbaycanda çox xoşbəxtsən...
- Burada gördüklərim: Futbol, komanda, şəhər və qazandığımız uğur məni xoşbəxt etdi.

Xəbər xətti