"Atletiko" cəbhəsindən açıqlama: "Avropa Liqası bərbad bir turnirdir"

17:53 - 2 Noyabr 2017

Çempionlar Liqasının C qrupunda "Qarabağ"la eyni qrupda mübarizə aparan "Atletiko"nun kapitanı Qabi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli yarımüdafiəçi qrupdakı şansları barədə danışıb:

 

"Avropa Liqası bərbad bir turnirdir. Komandamızda hər kəs bunu gözəl başa düşür. Olduqca məqsədsiz yarışdır. Biz isə Çempionlar Liqası ilə vidalaşmaq üzrəyik və bu bizə böyük acı verir".

 

Qeyd edək ki, "Atletiko" qrupda 3 xalı var. "Hindular" "Qarabağ"la hər iki görüşdə heç-heçə edib (0:0, 1:1). Qrupa 8 xalla "Roma" başçılıq edir. "Çelsi" 1 xal geri qalaraq 2-cidir. Təmsilçimizin isə aktivində 2 xal var.

Xəbər xətti