"Qarabağ" rəsmisi: "Qurban Qurbanovun iki yerdə işləməsinin komandamıza ziyan olacağını düşünmürəm"

11:08 - 3 Noyabr 2017

"Qurban Qurbanovu təbrik edirəm. İnanıram ki, AFFA-nın verdiyi bu qərar futbolumuzun, milli komandamızın xeyrinə olacaq. Əgər Qurban Qurbanov bu qərara bir sevinirsə, biz iki qat sevinirik".

 

Sportal.az xəbər verir ki, bu sözləri Qol.az-a "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Qurban Qurbanovun millimizə baş məşqçi vəzifəsinə təyin edilməsinə münasibət bildirərkən deyib.

 

O bildirib ki, Q. Qurbanov "Qarabağ"da qalmaqla, millidə vəzifəsini icra edəcək: "Onun iki yerdə işləməsinin komandamıza ziyanı olacağını düşünmürəm. Qurban Qurbanov yerli futbolçuları yaxşı tanıyır. Həm də unutmayaq ki, millinin əsasını "Qarabağ"ın oyunçuları təşkil edir".

Xəbər xətti