"Neftçi" Qurban Qurbanovu təbrik etdi

“Neftçi” Qurban Qurbanovu Azərbaycan millisinin baş məşqçisi təyin olunması münasibəti ilə təbrik edib.

 

Sportal.az xəbər verir ki, klubun saytı vasitəsi ilə yayılan təbrikdə Q.Qurbanovun "Neftçi”nin veteran futbolçusu olması xüsusi vurğulanıb:

 

“Qurbanov 1996-1998, 2001-2005-ci illər ərzində "Neftçi” formasında 96 oyun keçirib, 69 qol vurub. "Neftçi”nin heyətində Azərbaycan çempionatının (1997, 2004, 2005) və ölkə kubokunun (2004) qalibi olmuş Qurban Qurbanov 1997-ci ildə Azərbaycan çempionatının ən yaxşı bombardiri olub. O, 1992-2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 65 oyunda 14 qol vurub. Məşqçilik karyerasına 2006/2007-ci illər mövsümündə "Neftçi”də başlamış Qurban Qurbanov 2007-2008-ci illərdə klubun idman direktoru vəzifəsində çalışıb. "Neftçi” PFK veteran futbolçumuzu Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması münasibətilə təbrik edir, milliyə və onun yeni çalışdırıcısına uğurlar arzulayır!”

Tarix: 3 Noyabr [12:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2017
17  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio