Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

16:12 - 3 Noyabr 2017

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Roma"nın hücumçusu Stefan El-Şaaravi ən yaxşı oyunçu seçilib. İtaliya millisinin üzvü Məhəmməd Salah ("Liverpul") və Alan Dzaqoevi qabaqlayıb.

 

Qeyd edək ki, El-Şaaravi Çempionlar Liqasında "Qarabağ"ın da yer aldığı C qrupunun "Çesli" ilə oyununda (3:0) iki qol vurub.

Xəbər xətti