Eltun Yaqublu: "Azərbaycanda istənilən komanda ilə oynamaq mümkündür" MÜSAHİBƏ

19:24 - 4 Noyabr 2017

Topaz Premyer Liqasının 11-ci turunda "Qəbələ" "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1  hesablı qələbəsi ilə yekunlaşıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra qonaqların kapitanı Eltun Yaqublu jurnalistlərin suallarını cavablandırıb. Yaqublu ilk olaraq qarşılaşma haqda təəssüratlarını bölüşüb:

 

- Ümumi götürsək, "Qəbələ"nin çox qol epizodu olmadı. 3 dəfə qol vəziyyəti yaratdılar ki, qolla nəticələndi. Öz səhvlərimizdən qollar buraxdıq. Rəqib də təcrübəli komandadır. Səvləri bağışlamırlar.

 

- Səfərdə oynasaz da, hücumlar təşkil edirdiniz. Qol vurmaq üçün nə çatmırdı?

- Məşqlərdə çalışırıq. Samir müəllim məşqlərdə hücum futbolu oynamağı tələb edir. Baxımlı oyuna üstünlük veririk. Müdafiədə çox oynamırıq. "Qarabağ"la oyunda da yaxşı təsir bağışlamışdıq. Məncə, son anda təcrübəsizlik çatmır.

 

- Bu nəticəni ədalətli sayırsan?

- Məncə, ədalətlidir. Başqa nəsə danışmağa lüzum yoxdur.

 

- Oyuna istəkli başlamışdınız. Qol buraxdıqdan sonra həvəsdən düşdünüz.

- Ola bilər ki, elə görünsün. Məşqçimiz də tapşırıb ki, sona qədər mübarizə aparın. Azərbaycanda istənilən komanda ilə oynamaq mümkündür. Baxmayaraq ki, heyətimizdə gənclər daha çoxdur. Legioner baxımından azlıq da çəkirik. Yüksək səviyyəli legionerlərimiz yoxdur. Qıraqdan belə görünə bilər. Maksimum şəkildə oyayırıq.

 

- Qolu son dəqiqələrdə vurdunuz. Daha erkən fərqlənsəydiniz, hesabı dəyişmək mümkün olardı?

- 2-ci qolu buraxdıqdan sonra, daha tez vursaydıq, rəqibə təzyiq edərdik. Bəlkə də səhv edərdilər. Əfsuslar olsun ki, 1:3 hesabı ilə yenilgi aldıq.

Xəbər xətti