Vüqar Nadirov: "Komandamızda "xəstəlik" var" MÜSAHİBƏ

20:16 - 4 Noyabr 2017

Topaz Premyer Liqasının 11-ci turunda "Qəbələ" "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1  hesablı qələbəsi ilə yekunlaşıb.

Sportal.az xəbər verir ki, oyundan sonra qonaqların hücumçusu Vüqar Nadirov jurnalistlərin suallarını cavablandırıb. Nadirov ilk olaraq qarşılaşma haqda təəssüratlarını bölüşüb:

 

- Uduzmağa deyil, qələbə üçün gəlmişdik. Məncə, "Qəbələ" elə də güclü oyun nümayiş etdirmədi. Bizim də şanslarımız oldu. Alınmadı...

 

- "Səbail"in də şansları oldu. Ancaq "Qəbələ" hesabı açandan sonra snki ruh düşkünlüyü yarandı...

- Bizim komandamızda "xəstəlik" var: qol buraxdıqdan sonra ruh düşkünlüyü yaşanır. Komanda sınmır. Sadəcə toparlanmaq çətin olur. Qınamaq da olmaz. Yeni komandayıq. Premyer Liqada 3 aydır ki, mübarizə aparırıq. İnşallah, gələcək oyunlarda uğurlu çıxış edərik.

 

- Uzun illər "Qarabağ"da Qurban Qurban Qurbanovun rəhbərliyi altında çıxış etmisən. Sabiq baş məşqçin Azərbaycan milli komandasını çalışdıracaq. Bu haqda fikirlərin maraqlı olardı...

- Əvvəlcə, Qurban müəllimi ürəkdən təbrik edirəm. 7 il onun rəhbərliyi altında top qovmuşam. Əla mütəxəssisdir, tələbkar insandır. Elə namizəd kimi onu görürdüm. Qismət elə oldu ki, məhz Qurban Qurbanova "post" həvalə edildi. Ona uğurlar diləyirəm. İnşallah milli onun rəhbərliyi altında uğurlu nəticələr qazanar.

 

- Növbəti oyununuz "Kəpəz"ə qarşı olacaq. Bu oyunda şanslarınızı necə görürsən?

- "Kəpəz", Keşlə", "Sumqayıt"a çalışırıq ki, qalib glək və autsayderlər sırasında qalmayaq. Çalışacağıq ki, yaxşı hazırlaşaq.

 

- "Səbail"i Premyer Liqada hansı yer qane edə bilər?

- Əsas odur ki, Premyer Liqada qalaq. Hədəfimiz budur. Bizə demyiblər ki, 4-cü və ya 5-ci yeri tutun. Premyer Liqada yerimizi saxlamaq istəyirik.

 

- Həmiş iddialı komandalarda çıxış edən Vüqarın "Səbail"ə gəlişi geriyə addım kmi dəyərləndirildi. Bəs sən nec düşünürsən?

- Xeyr, belə deyil. Həyat davam edir. Hər şey qabaqdadır. "Səbail" də güclənə bilər. Yeni oyunçuların gəlişi ilə vəziyyət yaxşılaşa bilər. Gələcəkdə iddialı komanda ola bilərik.

Xəbər xətti