Renat Dadaşov qol vurdu, komandası heç-heçə etdi

00:09 - 5 Noyabr 2017

Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun və U-19 millimizin üzvü Murad Mahmudovun formasını geyindiyi Frankfurt təmsilçisi 11-ci tur çərçivəsində səfərdə “Ştutqart”la qarşılaşıb. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 2:2.

 

Futbolçularımız da bu matçın iştirakçısı olublar. Onların hər ikisi meydana start heyətdə çıxıb. Renat sonadək oynayıbsa, Murad 90-cı dəqiqədə əvəzlənib. Renat 51-ci dəqiqədə hesab arasındakı fərqi azaldan qolun müəllifi olub.

 

“Ayntraxt” hazırda 15 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti