"Kəpəz"in futbolçusundan alqışalayiq hərəkət VİDEO

16:25 - 5 Noyabr 2017

Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində bu dəqiqələrdə “Kəpəz” doğma meydanda “Qarabağ”la qarşılaşır.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın birinci hissəsinin ortalarında maraqlı hadisə yaşanıb. Belə ki, matçın baş hakimi Rəhim Həsənov 26-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Viktor Oseqeylin rəqib qapıçı İbrahim Şehiçlə üz-üzə qaldığı epizodda qonaqların qapısına penalti təyin edib. Şehiç qaradərili legionerin simulyasiyaya əl atdığını bildirərək hakimə ciddi cəhdlə etiraz etsə də, FİFA referisi onu sarı vərəqə ilə də cəzalandırıb.

 

Bu zaman “Kəpəz”in futbolçusu Viktor Oseqeyl penalti olmadığını bildirib. Hakim penalti zərbəsini və qapıçıya verilən sarı vərəqəni ləğv edib.

 

Xəbər xətti