Şahin Diniyev: "Ustalıq səviyyəsi çatmadığına görə şansını boşa verdi"

17:55 - 5 Noyabr 2017

“Bu gün futbol üçün ideal şərait var idi”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib. “Sarı-göylər” Topaz Premyer Liqasının XI turunda öz meydanında “Qarabağ”a məğlub olub. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib:

 

“Hər iki komanda 3 xal üçün oynayırdı. Gərgin oyun oldu belə “Qarabağ” kiçik səhvlərimizdən istifadə etdi. Tez bir zamanda qollar buraxdıq. Məncə, birinci qol komandanı “sındırdı”. Oyundan sonra futbolçularla danışdıq və “Qarabağ”ın çətin komanda olduğunu bildirdik. İlk qolu vursaydıq, oyun tamam başqa cür olacaqdı. Viktor Oseqeylə penalti epizoduna görə təşəkkür edirəm. Onun kimi futbolçu ilə işlədiyimə görə sevinirəm”.

 

- Penalti epizodunda Viktor qapıya zərbə vurmalı olsa da, qapıçını keçməyə cəhd etdi. Sizcə, o, özünü bilərəkdən yerə atdı?  

- Bu, sualın ikinci hissəsidi. Viktorun şansları oldu və istifadə edə bilmədi. Həmin epziodda qapıçını keçməməli, qapıya zərbə vurmalı idi. Lakin ustalıq səviyyəsi çatmadığına görə şansını boşa verdi.

 

- İlk qol epizodunda Ceyhun Cavadov ən zəif bənd idi. Bu fikirlə razısınız?

- Futbolçular həftə ərzində komanda ilə birgə məşq edirlər. Gec əvəz etməyim ona inanmağımla bağlı idi. Ümidləri doğrultmadığını deməzdim. Amma mənim onu dəyişəcək futbolçum yoxdu. Mansur hazırda fiziki cəhətdən yaxşı vəziyyətdə deyil. Fikrinizlə tamamilə razıyam.(Futbol11.az)

Xəbər xətti