Ayxan Abbasov: "Oyuna nəzarət edirdik"

Topaz Premyer Liqasının 11-ci turunda evdə “Neftçi”yə qalib gələn (1:0) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, Abbasov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
 
- Gərgin oyun oldu. Belə də gözləyirdik. “Neftçi” son oyunlarda yaxşı oyun sərgiləmişdi. Ancaq bu gün uşaqlara taktiki baxımdan nə tapşırmışdımsa, onu da yerinə yetirdilər. Futbolçularıma və azarkeşlərə təşəkkür edirəm.
 
- İkinci qol vurulduğu zaman hakimin ofsayd qərarına ona barmağınızı silkəməklə etiraz etdiz... 
- Barmaq silkələməmişəm. Əlimi qaldıraraq etiraz etdim. Məncə, orda ofsayd yox idi. Var idisə də, hakim qərarı çox gec vermişdi. Matçdan sonra isə hakimlərə yaxınlaşıb, təşəkkür etdim.
 
- Deməli, hakimlikdən razı qaldız?
- Kiçik səhvləri olsa da, ciddi narazılığım yoxdu.
 
- İlk 14-15 dəqiqə ərzində meydanın mərkəzini keçə bilmirdiz. Bu, sizin tapşırığınız idi?
- Mərkəzi keçməsək də, oyuna nəzarət edirdik. “Neftçi”nin oyuna hücumlarla başlayacağını bilirdik. Buna görə, ilk dəqiqələrdən oyunu əks-hücumlar üzərində qurmuşduq. (Komanda.az)
Tarix: 5 Noyabr [19:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Yanvar 2018
22  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio