Budaq Nəsirov oynadı, “Sportinq” qalib gəldi

Portuqaliya Sequndasında 13-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası doğma meydanda “Oliveyrense” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.

 

21 yaşlılardan ibarət milli komandamızın kapitanı da  bu matçın iştirakçısı olub. O, görüşün 79-cu dəqiqəsində meydana daxil olub. Lissabonlular Nəsirov meydana daxil olandan cəmi 1 dəqiqə sonra ikinci qolu rəqibin qapısındn keiriblər.

 

Qeyd edək ki, "Sportinq" hazırda 18 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.

Tarix: 6 Noyabr [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio