Rauf Əliyevin komandası heç-heçə etdi

10:25 - 6 Noyabr 2017

Albaniya çempionatında 9-cu turun oyunları keçirilir. 

 

Sportal.az xəbər verir ki, millimizin sabiq üzvü Rauf Əliyevin çıxış etdiyi “Kukesi” səfərdə “Flamurtari”nin qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb. Rauf meydana 46-cı dəqiqədə daxil olub.

 

Qeyd edək ki, 9 turdan sonra 17 xalı olan “Kukesi” 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti