"Qəbələ" - "Səbail" matçında sülh, "Keşlə" "Sumqayıt"a qalib gəldi

10:55 - 6 Noyabr 2017

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında 11-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, turun ilk oyun günündə iki oyun baş tutub.

 

"Qəbələ" evdə "Səbail"lə heç-heçə edib - 1:1. "Keşlə" isə səfərdə "Sumqayıt"a qalib gəlib - 3:0.

 

Əvəzedicilər, 11-ci tur

5 noyabr

 

15:00 Sumqayıt - Keşlə 0:3

Qol: Elvin Cəfərquliyev, 50. Oleq Hüseynov,80. Raul Süleymanzadə, 90+2.

 

15:00 Qəbələ - Səbail 1:1

Qol: Xəyal Əmirli, 43 - Xaliq İbrahimov, 22.

Xəbər xətti