"Sumqayıt" 50-ci qələbəsini qazandı

12:46 - 6 Noyabr 2017

Topaz Premyer Liqasının XI turu “Sumqayıt”ın yubiley qələbəsi ilə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, “Keşlə”ni ev oyununda 3:1 hesabı ilə məğlub edən “Gənclik şəhəri” təmsilçisi yüksək dəstədə 50-ci qələbəsini qazanıb. 2011/12 mövsümündən Premyer Liqada çıxış edən sumqayıtlılar buna 207-ci matçda nail olublar. Bir sözlə, komanda keçirdiyi matçların 24 faizində qələbə qazanıb. Hesabında 55 heç-heçə də olan “Sumqayıt” 102 dəfə məğlub olub.

 

“Kapital Bank Arena”da keçirilən görüş həm də mövsümün rekordu ilə əlamətdar olub. 87-ci dəqiqədə meydana çıxan Rüfət Abdullazadə 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçu olub. O, 16 yaş 291 günlüyündə çempionatda debüt edib.

Xəbər xətti