"Kəpəz" - "Qarabağ" matçındakı "fair-play"la bağlı UEFA-ya məlumat veriləcək

AFFA Topaz Premyer Liqasının 11-ci turunun “Kəpəz” – “Qarabağ” oyununda (0:2) qeydə alınan fair-play nümunəsi ilə bağlı UEFA-nı məlumatlandıracaq.

 

Sportal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Kəpəz"in futbolçusu Viktor Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsinə məlumat veriləcək.

 

Qeyd edək ki, Gəncə şəhər stadionunda keçirilən oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin edib. Viktor Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirib və hakim penalti qərarını ləğv edib.

Tarix: 6 Noyabr [13:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Noyabr 2017
24  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio