"Neftçi"nin 2 fərqli seriyası: Biri bitdi, birinə davam

13:49 - 6 Noyabr 2017

Topaz Premyer Liqasında ardıcıl 4 oyunda qalib gələn “Neftçi”nin qələbə seriyası qırılıb.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar” XI turun “Zirə” ilə səfər oyunundan xalsız ayrılıb. 0:1 hesabı ilə uduzan Tərlan Əhmədovun yetirmələri 42 gündən sonra xal itkisi və məğlubiyyət acısı yaşayıb. Paytaxt klubu sonuncu dəfə sentyabrın 24-də “Qəbələ” ilə görüşdə uduzmuşdu – 1:2.

 

Qələbə seriyası qırılan “Neftçi” “Zirə” ilə matçlardakı uğursuz seriyanı qıra bilməyib. Belə ki, “ağ-qaralar” Premyer Liqa çərçivəsində 10-cu dəfə qarşılaşdığı qəsəbə klubunu bu dəfə də yenə bilməyib. “Neftçi” 2 dəfə heç-heçə etdiyi rəqibinə 8-ci dəfə uduzub. Son 6 görüşdə isə “Zirə” qələbə qazanıb.

Xəbər xətti