Simeone "Qarabağ"la oyunu xatırlatdı: "Bunu davam etdirmək lazımdı"

14:14 - 6 Noyabr 2017

İspaniya çempionatının 11-ci turunda “Deportivo” üzərində 1:0 hesablı qələbə qazanan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone qarşılaşmadan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis komandasının oyunundan razılıq edib. Simeone Çempionlar Liqasının 4-cü turunda evə “Qarabağ”a qarşı keçirdikləri matçın ikinci hissəsindəki kimi oynadıqlarını bildirib:

 

“Bu bizik. Belə də oynamalıyıq. Hər zaman meydanda üstünlük qazanmalıyıq. “Qarabağ”la matçın ikinci hissəsində də belə çıxış etmişdik. Bunu davam etdirmək lazımdır”.

Xəbər xətti