Ramil Şeydayev: "İstək olduqdan sonra insan hər şeyə nail ola bilər"

Millimizin və "Qarabağ"ın hücumçusu Ramil Şeydayev sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.

 

Sportal.az xəbər verir ki, gənc forvard onu Azərbaycan dilində danışa və yaza bilmədiyi üçün tənqid edənlərə səslənib:

 

"Səhifədə tez-tez müzakirə olunduğu üçün məlumat vermək istəyirəm. Mən Rusiyada anadan olub, böyüdüyüm üçün Azərbaycan dilində çox pis bilirəm, səhifədə yazmağa mənə kömək edirlər. Azərbaycan dilimi inkişaf etdirməyə çalışıram. Hələlik çox çətin alınır, amma inanıram ki, istək olduqdan sonra insan hər şeyə nail ola bilər".

Tarix: 6 Noyabr [18:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio