"Vest Hem"in yeni baş məşqçisi müəyyənləşdi

12:55 - 7 Noyabr 2017

“Vest Hem”in yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, bundan sonra komandanı Devid Moyes çalışdıracaq. O, bu postda dünən vəzifəsindən kənarlaşdırılan Slaven Biliçi əvəzləyib. Bu haqda məlumatı klubun rəsmi saytı yayıb.

 

Qeyd edək ki, 54 yaşlı şotlandiyalı çalışdırıcı daha əvvəl “Everton”, “Mançester Yunayted”, “Sosyedad” və “Sanderlend”i çalışdırıb.

Xəbər xətti