“Xəzridən Xəzriyə” TREYLER

16:09 - 7 Noyabr 2017

Azərbaycan futbolunun tarixinin araşdırılmasına xüsusi önəm verən “CBC Sport” telekanalı yeni film ərsəyə gətirib.

 

“Xəzridən Xəzriyə” sənədli filmində 90-cı illərdə Azərbaycanın ən güclü klublarından olan, hətta avrokuboka belə vəsiqə qazanan “Xəzri” komandasının yaradılmasından fəaliyyətini dayandırmasına qədər ən incə məqamlar əks olunub. Eyni zamanda filmdə Buzovna futbolu ilə bağlı maraqlı anlara yer verilib. Bir çox tanınmış idman və incəsənət xadimlərinin, həmçinin sadə azarkeşlərin maraqlı fikirləri səsləndirilib. Klubun nə üçün dağılmasını da iştirakçıların dilindən eşidəcəksiniz.

 

Ssenari müəllifi və quruluşçu rejissoru Azər Cavad Əliyev, müəllifi Əminə Kazımova, prodüseri Volkan Üst olan filmin təqdimatı noyabrın 10-u saat 17:00-da Bakı Olimpiya Stadionunun Media Konfrans Zalında keçiriləcək. “CBC Sport” bütün idman ictimaiyyəti və futbol azarkeşlərini təqdimat mərasiminə dəvət edib.

 

Xəbər xətti