"Barselona"da Dembele sevinci

17:43 - 7 Noyabr 2017

"Barselona"nın zədəli futbolçusu Usman Dembele vaxtından əvvəl sağalacaq.

 

Sportal.az xəbər verir ki, sentyabrda zədələnən hücumçu növbəti “El-Klassiko”ya kimi hazır olacaq.

 

İlkin müayinələr vaxtı onun yanvarda sıraya dönəcəyi deyilsə də, 20 yaşlı fransalının zədəsi gözləniləndən də tez yaxşılaşır.

 

Qeyd edək ki, "Real" - "Barselona"  matç dekabrın 23-də Madriddə keçiriləcək.

Xəbər xətti