Arda Turan "Qalatasaray"a dönür

"Barselona"nın futbolçusu Arda Turan karyerasını "Qalatasaray"da davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, "cim bom" Kataloniya təmsilçisində heyətə düşə bilməyən və özünü xoşbəxt hiss etməyən təcrübəli yarımmüdafiəçini heyətə cəlb etmək üçün fəaliyyətə başlayıb. Türkiyə millisinin kapitanının transferi ilə bağlı "Barselona" ilə razılıq əldə edilib.

 

Razılaşmaya əsasən Arda 1,5 il müddətində icarə əsasında "Qalatasaray"da çıxış edəcək. İcarə müddəti başa çatdıqdan sonra İstanbul nəhəngi futbolçunu birdəfəlik transfer etmək hüququna da malik olacaq.

 

Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan Arda 2004-2011-ci illərdə "sarı-qırmızılar"ın şərəfini qoruyub. Daha sonra Madrid "Atletiko"suna transfer olan 30 yaşlı yarımmüdafiəçi, 2015-ci ildən "Barselona"da çıxış edir.

Tarix: 8 Noyabr [13:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Noyabr 2017
24  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio